DÜNYA


Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir

İstanbul, 15 yanvar, AZƏRTAC

Türkiyə ərazisində davam edən qeyri-sabit hava şəraiti müxtəlif bölgələrdə fəsadlar törədir.

AZƏRTAC xəbər verir ki, ölkə ərazisində güclü külək və leysan yağışlar bir sıra problemlər yaradıb. Belə ki, Adananın Karataş bölgəsində Seyhan çayının daşması Adana-Tuzla-Tarsus-Mersin avtomobil yolunun bağlanmasına səbəb olub. Bir çox əkin sahələri daşqından zərər çəkib.

Muğla bölgəsində sürəti saatda 70 kilometrə çatan külək qeydə alınıb. Dənizdə yaranan iri dalğalar limandakı kiçik gəmilərə təsirsiz ötüşməyib. 18 metr uzunluğu olan “Benek” adlı gəzinti gəmisi dəniz sularının altında qalıb.

Axşam saatlarında ölkə ərazisində küləyin sürətinin azalacağı gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.