DÜNYA


Türkiyə ərazisində zəlzələ olub

İstanbul, 2 oktyabr, AZƏRTAC

Türkiyənin Muğla vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla 13:58-də baş verən yeraltı təkanlar bir çox vilayətdə hiss olunub.

Zəlzələnin episentri Muğlanın Köyceğiz rayonudur.

Yeraltı təkanların ocağı yerin 8,11 kilometr dərinliyindədir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.