DÜNYA


Türkiyə ərazisinə qaçaq yolla keçən PKK/YPG mənsubu saxlanılıb

Ankara, 7 mart, AZƏRTAC

Suriya ərazisindən qaçaq yolla Türkiyə tərəfinə keçən bir qrup şəxs Şanlı Urfanın Akçakale rayonunda saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan dəstədə 8 nəfər olub. Axtarış zamanı onlardan birinin çantasında 4 kiloqram partlayıcı maddə aşkarlanıb. Həmin şəxsin PKK/YPG terror təşkilatlarına üzv olduğu və xüsusi terror tapşırığı ilə Türkiyə ərazisinə keçdiyi təsdiqlənib.

Saxlanılan digər yeddi nəfərin şəxsiyyəti araşdırılır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.