DÜNYA


Türkiyə ərazisini qanunsuz yolla tərk etmək istəyən 123 əcnəbi saxlanılıb

İstanbul, 9 aprel, AZƏRTAC

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık bölgəsində ölkə ərazisini qanunsuz yolla tərk etmək istəyən 123 əcnəbi saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Sahil Mühafizə Xidməti tərəfindən aparılan üç əməliyyat nəticəsində saxlanılan şəxslərin 122-si Əfqanıstan, 1-i isə İran vətəndaşıdır.

Aralarında qadınların və uşaqların da olduğu əcnəbilər yerli miqrasiya idarəsinə təhvil verilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.