DÜNYA


Türkiyə ərazisini qanunsuz yolla tərk etmək istəyən 53 nəfər saxlanılıb

İstanbul, 10 may, АZƏRTAC

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yolla tərk etmək istəyən 53 nəfər saxlanılıb. Onların Yunanıstanın Midilli adasına keçmək istədikləri bildirilir.

AZƏRTAC xəbər verir ki, saxlanılan şəxslərin Əfqanıstan, İran və Banqladeş vətəndaşları olduqları aşkar edilib. Onlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.