DÜNYA


Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 130 nəfər saxlanılıb

İstanbul, 15 avqust, AZƏRTAC

Türkiyənin İzmir şəhərinin Çeşmə və Dikili rayonlarında ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 130 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıqlar vasitəsilə Yunan adalarına keçmək istədikləri məlum olub.

Saxlanılanlardan 25-i qadın, 30-u uşaqdır. Əksəriyyətinin Suriya, Fələstin və Somali vətəndaşı olduğu bildirilən köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.