DÜNYA


Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 40 miqrant saxlanılıb

İstanbul, 25 may, AZƏRTAC

Türkiyədən dəniz yolu ilə qanunsuz olaraq Yunanıstana keçmək istəyən 40 qeyri-leqal miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Çanaqqala şəhərinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər ölkənin Miqrasiya Xidmətinə təhvil verilib.

Rezin qayıq vasitəsilə ölkəni tərk etmək istəyən miqrantlardan 12-si qadın, 12-si isə uşaqdır. Onların əksəriyyəti Əfqanıstan vətəndaşıdır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.