DÜNYA


Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 52 miqrant saxlanılıb

İstanbul, 15 fevral, AZƏRTAC

Türkiyənin İzmir şəhərinin Dikili rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 52 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların Əfqanıstan vətəndaşları olduqları müəyyənləşib. Onlardan 26-sı uşaq, 11-i isə qadındır.

Həmin şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.