DÜNYA


Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən daha 76 nəfər saxlanılıb

İstanbul, 12 sentyabr, AZƏRTAC 

Türkiyənin Balıkesir vilayətinin Gömeç rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 76 nəfər saxlanılıb. Onlardan 42-si Əfqanıstan, 33-ü Pakistan, biri isə Özbəkistan vətəndaşıdır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin sahil mühafizəsi xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin rezin qayıqlarla Yunanıstanın Midilli adasına getmək istədikləri məlum olub.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.