DÜNYA


Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən daha 80 nəfər saxlanılıb

İstanbul, 19 avqust, AZƏRTAC 

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 80 nəfər Əfqanıstan və İran vətəndaşı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılanların qanunsuz yollarla Yunanıstana keçmək istədikləri məlum olub. Onların ölkəni tərk etmək üçün istifadə etdikləri bir avtobus və iki maşın müsadirə edilib.

Saxlanılanlar arasında qadınlar və uşaqlar da var.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər. Onların ölkəyə qanunsuz yollarla daxil olmasına kömək edən üç nəfər saxlanılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.