DÜNYA


Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən daha 92 nəfər saxlanılıb

İstanbul, 26 avqust, AZƏRTAC 

Türkiyənin Çanakkale şəhərinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 92 nəfər saxlanılıb. Onlardan 51-i Suriya vətəndaşıdır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıqlarla Yunanıstanın Midilli adasına keçmək istədikləri məlum olub.

Saxlanılanlar arasında qadınlar və uşaqlar da var.

Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.