DÜNYA
Türkiyə hökuməti Bosniya və Herseqovinaya növbəti dəfə “Sinovac” vaksini göndərib
Ankara, 17 aprel, AZƏRTAC
Türkiyə hökuməti Bosniya və Herseqovinaya yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksinindən ödənişsiz olaraq 10 min doza göndərib.
AZƏRTAC xəbər verir ki, bununla da martın 28-də göndərilənlərlə birlikdə Türkiyənin Bosniya və Herseqovinaya ayırdığı peyvənd sayı 40 min dozaya çatıb.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyası pandemiya elan olunandan bəri Türkiyə çox sayda ölkəyə, o cümlədən Bosniya və Herseqovinaya qoruyucu maska, bu virusa qarşı mübarizədə istifadə edilən tibbi ləvazimatlar, həmçinin dezinfeksiya məhsulları yardım edib. Bundan əvvəl isə Türkiyədən aprelin 15-də Liviyaya 150 min peyvənd göndərilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]