DÜNYA


Türkiyə hökuməti Liviyaya 150 min doza peyvənd göndərib

Ankara, 14 aprel, AZƏRTAC

Türkiyə hökuməti Liviyaya COVID-19 infeksiyasına qarşı 150 min doza vaksin göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, göndərilən vaksin aprelin 14-də Ankaradan Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarəsi ilə yola salınıb.

Qeyd edək ki, bu barədə razılıq Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyətinin aprelin 12-də Türkiyəyə səfəri zamanı əldə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.