DÜNYA


Türkiyə hökuməti süni qiymət artımına qarşı sərt tədbirlərə keçib

Ankara, 4 noyabr, AZƏRTAC 

Türkiyə hökuməti ölkədə süni qiymət artımı ilə bağlı sərt tədbirlərə keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə ticarət naziri Ruhsar Pekcan nazirlikdə keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, yaradılmış “qaynar xətt”ə əsassız qiymət artımı ilə bağlı 48 min şikayət daxil olub. Bu vaxta qədər 5 min 743 şirkətə məxsus 81 min 666 məhsulun satışı üzərində araşdırma aparılıb və 366 şirkətin 6 min 399 malı ilə bağlı icazəsiz qiymət artımı müəyyən olunub. Belə hallara görə dərhal cəza tədbirlərinə əl atılmır. Qarşı tərəfin də fikirləri öyrənilir, vəziyyət ətraflı təhlil olunandan sonra qərarlar verilir.

Qeyd edək ki, son 3 ayda Türkiyənin milli valyutası lirənin məzənnəsi xeyli aşağı düşüb. Oktyabrın 20-də 1 ABŞ dolları 6,3 lirəyə dəyişdirilib. Hökumətin və Türkiyə Mərkəzi Bankının tədbirləri nəticəsində prosesin qarşısı alınıb. Hazırda 1 dollar 5,43 lirəyədir. Lirənin məzənnəsinin aşağı düşməsi qarşılıqlı ödəmələrdə problem yaradır. Bundan istifadə edən bəzi işbazlar süni qiymət artımı ilə narazılıq yaradırlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.