CƏMİYYƏT


Türkiyə ictimaiyyəti Azərbaycana dəstək aksiyalarını davam etdirir

Ankara, 19 oktyabr, AZƏRTAC

Türkiyədəki siyasi partiyaların Kocaeli şəhərində fəaliyyət göstərən yerli təşkilatları və QHT-lər növbəti dəfə Azərbaycan dəstək bəyanatı yayıblar.

AZƏRTAC xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündarın imzası ilə yayılan bəyanatda Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti və mövcud hərbi hücumları kəskin şəkildə qınanılır. Bildirilir ki, Xocalı soyqırımı başda olmaqla, Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlər beynəlxalq hüquqa təhdid, insanlığa düşmənçilikdir. Diqqətə çatdırılır ki, vəziyyətin bu yerə gəlib çatmasına əsas səbəb ATƏT-in Minsk qrupunun məsuliyyətsizliyidir. Dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan təcavüzkar və terrorçu dövlətdir.

Ermənistanın 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycan ərazisinin 20 faizinin işğalını bundan sonra da davam etdirməsi yolverilməzdir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.