DÜNYA


Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğanın və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb

İstanbul, 24 iyun, AZƏRTAC

Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğan və onun sədr olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) möhtəşəm qələbəsi ölkə ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, hazırda Türkiyənin bütün bölgələrində, küçə və meydanlarda, o cümlədən AKP-nin mərkəzi qərargahı da daxil olmaqla bütün şəhər və rayon şöbələrinin qarşısında möhtəşəm izdiham yaşanır.

Prezident Rəcəb Tayyib Ərdoğanın izdiham qarşısında çıxışı nəzərdə tutulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.