DÜNYA


Türkiyə idxalı azaltmaq üçün ciddi qərarlar qəbul edir

İstanbul, 17 avqust, AZƏRTAC

Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi ölkədə istehsal həcmini artırmaq üçün 16 maddədən ibarət dəstək və prosesləri qabaqlamaq paketini ictimaiyyətə açıqlayıb.

AZƏRTAC yerli rəsmi mənbələrə istinadla xəbər verir ki, sənaye və texnologiyalar naziri Bakanı Mustafa Varank iqtisadi inkişafa dair 1500 layihəyə ümumilikdə 500 milyon, eləcə də texnologiyaların inkişafına 100 milyon Türkiyə lirəsi dəyərində dəstək veriləcəyini bildirib. Nazir qeyd edib ki, bu layihələr əsasında ən azı 30 milyard ABŞ dolları məbləğində ixrac məhsuluna alternativ malların ölkədə istehsalı nəzərdə tutulub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.