SİYASƏT


Türkiyə ilə Azərbaycan arasında bənzərsiz qardaşlıq münasibətləri ortaq tarixə və mədəniyyətə əsaslanır

Bakı, 3 may, AZƏRTAC

Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan qardaşlıq münasibətləri ortaq tarixə və mədəniyyətə əsaslanır. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcının müraciətində əksini tapıb.

Qarabağda ermənilərin 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Azərbaycanla yanaşı, Türkiyə vətəndaşlarının da sevincinə səbəb olduğunu bildirən səfir deyib: “Türkiyə bu Vətən müharibəsində öz qardaşlıq borcunu yerinə yetirərək, Azərbaycanı qətiyyən yalnız qoymadı. Müharibənin əvvəlindən sonunadək qardaşının yanında oldu, dosta və düşmənə birliyin gücünü nümayiş etdirdi”.

Son dövrlərdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıqda böyük irəliləyişin qeydə alındığını vurğulayan Cahit Bağcı bildirib: “Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən sonra enerji təhlükəsizliyimizi daha da artıran Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri işə salınıb. Bakı-Tbilisi-Qars dəmir yolu regiondakı nəqliyyat şəbəkəsinin inkişafı baxımından böyük potensiala malikdir. Türkiyə və Azərbaycan bütün imkanları ilə regionun təhlükəsizliyinə və sabitliyinə töhfə vermək məqsədilə səylərini birləşdirib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.