DÜNYA


Türkiyə ilə Gürcüstan arasında Sarp gömrük-keçid məntəqəsi fəaliyyətini bərpa edib

Ankara, 1 iyun, AZƏRTAC

Türkiyə ilə Gürcüstan arasındakı Sarp gömrük-keçid məntəqəsi fəaliyyətini bərpa edib.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu gömrük-keçid məntəqəsindən qarşılıqlı istiqamətdə hərəkət üçün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı iki doza peyvəndin vurulmasını təsdiq edən sənəd və yaxud COVID-19 virusuna qarşı testin neqativ cavabı tələb olunur.

Qeyd edək ki, Sarp gömrük-keçid məntəqəsi koronavirus pandemiyası səbəbindən keçən il martın 20-dən bağlanıb. Ötən müddətdə Sarp gömrük-keçid məntəqəsindən yalnız ağır tonnajlı yük maşınları hərəkət ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.