DÜNYA


Türkiyə ilə Yaponiya arasında texniki sahədə əməkdaşlığa dair sənəd imzalanıb

Ankara, 13 oktyabr, AZƏRTAC

Ankarada Türkiyə ilə Yaponiya hökumətləri arasında texniki sahədə əməkdaşlığa dair sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilib.

Sənədi Türkiyə XİN-in məsul əməkdaşı, səfir Namık Güner Erpul və Yaponiyanın Ankaradakı səfiri Akio Miyajima imzalayıblar.

Məlumat verilib ki, yeni sənəd TİKA (Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi) ilə JICA (Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi) arasındakı əlaqələri daha da möhkəmləndirəcək, eləcə də üçüncü ölkələrlə birgə əməkdaşlığa yeni imkanlar açacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.