DÜNYA


Türkiyə ilə Yunanıstan üçün əhəmiyyət daşıyan məsələlər müzakirə olunub

Ankara, 6 fevral, AZƏRTAC

Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyəyə səfəri çərçivəsində Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş naziri Aleksis Tsipras birgə mətbuat konfransı keçiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, Yunanıstan və Türkiyə arasında bütün məsələləri danışıqlar yolu ilə həll etmək mümkündür.

Məlumat verilib ki, görüşdə İzmir ilə Selanik şəhərləri arasında sərnişin və yük gəmilərinin hərəkətinin yaradılması, İstanbul-Selanik sürət qatarının açılması, iki ölkə arasında gömrük keçid məntəqəsində ikinci körpünün tikintisi, habelə FETÖ, PKK, DHKP-C kimi terror təşkilatlarına qarşı mübarizə, eləcə də qarşılıqlı maraq doğuran digər mühüm məsələlər müzakirə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.