MƏDƏNİYYƏT


Türkiyə istehsalı olan hərbi film – “49”

Türkiyə istehsalı olan hərbi film – “49”

Bakı, 19 yanvar, AZƏRTAC

"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 19-dan etibarən Türkiyənin “CNP film” studiyasının istehsalı olan "49" adlı hərbi film nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, rejissoru Hakan İnan, prodüseri Mehmet Canpolat, ssenari müəllifləri İlker Arslan və Barış Ərdoğan olan film real hadisələrə əsaslanaraq, Türkiyənin yaxın tarixinin ən gərgin dövrlərindən danışılır. İŞİD terror dəstələri 2014-cü ildə Mosulu işğal etdikdən sonra oradakı Türkiyə səfirliyinə də hücum təşkil edib. Nəticədə burada işləyən 49 əməkdaş terrorçular tərəfindən əsir götürülüb. Filmdə MİT-in onları xilas etmək məqsədilə keçirdiyi geniş əməliyyatdan bəhs edilir.

Ekran əsərində əsas rolları İsmayıl Hacıoğlu, Hande Doğandemir və Sinan Tuzcu canlandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.