İDMAN


Türkiyə klubu U-21 millimizin üzvünü heyətinə qatmaq istəyir

Bakı, 11 sentyabr, AZƏRTAC

Türkiyənin “Altay” futbol klubu U-21 millimizin üzvü Toral Bayramovu heyətinə qatmaq istəyir.

AZƏRTAC xəbər verir ki, aşağı divizion təmsilçisi hazırda gənc futbolçunun oyunlarını izləyir. Azərbaycan çempionu “Qarabağ”ın heyətində çıxış edən futbolçu ilə bağlı artıq qış transfer pəncərəsində danışıqların başlanması gözlənilir.

Qeyd edək ki, T.Bayramov U-21 millimizin Fransa yığması ilə sonuncu oyununda cərimə zərbəsindən gözəl qolla yadda qalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.