REGİONLAR


Türkiyə komandası Ümumdünya Şahmat Olimpiadasında liderliyini qoruyur

Naxçıvan, 7 oktyabr, AZƏRTAC

On altı yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun oyunları başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Azərbaycan-Naxçıvan” komandası bu turda Banqladeş yığması ilə üz-üzə gəlib. Fərdi görüşlərin heç birində məğlub olmayan və yalnız 1-ci turda heç-heçə edən Hüseyn Seyid rəqibi Ferdusi Yannatulla oyunda da qələbəni bayram edib. Rza Həsənli Reja Manonla, Zərifə Abbasova isə Haq Sajidulla oyunda ağ-qara masanı məğlub tərk ediblər. Sadiq Abbasov Sadcid Mustafa Saklinlə görüşdə qalib gələ bilməyib və komandamız 1:3 hesabı ilə məğlub olub.

Ötən turu bir xalla başa vuran “Azərbaycan-1” komandası “Azərbaycan-4” komandası ilə görüşdə rəqibinə heç bir şans tanımayıb – 3:1. “Azərbaycan-3” komandası isə “CAR-1” komandası ilə görüşdə yalnız yarım xal toplaya bilib. Digər 3 görüşdə qalib gələn Afrika təmsilçisi ağ-qara taxtanı 3,5:0,5 hesablı qələbə ilə tərk edib. Latviya yığması ilə görüşdə “Azərbaycan-Sumqayıt” komandası məğlubiyyət acısı dadıb – 1,5:2,5. 10-cu masada Malayziya yığması ilə üz-üzə gələn “Azərbaycan-2” komandası qələbə qazanıb – 2,5:1,5.

Bu tur azarkeşlər iki lider komandanın görüşünü izləyib. “Türkiyə-Red” komandası Kuba yığması ilə qarşılaşıb. Çətin keçən oyunda qardaş ölkənin komandası qələbə qazanıb və liderliyini möhkəmlədib – 3:1.

“İran” komandası 6-cı turda “Qazaxıstan” komandası ilə üz-üzə gəlib. Son oyunda iranlıların ən reytinqli şahmatçısı Bardiya Daneşvarın Daniel Sapenov üzərində qalibiyyəti komandasına qələbə qazandırıb – 3:1. Heç kimin gözləmədiyi halda “Türkiyə-Anatolia” komandası “Özbəkistan-1” komandası ilə oyunda məğlub olub – 3,5:0,5. Hindistan yığması isə Monqolustan millisi ilə görüşün əvvəlində əldə etdiyi üstünlüyü sonadək davam etdirib və qalib gəlib – 3:1.

6-cı turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

Qırğızıstan – Meksika – 2,5:1,5;

“Özbəkistan-2” – “Türkiyə-White” – 3,5:0,5;

Moldova – Şri-Lanka – 1,5:2,5;

“Gürcüstan-1” – İngiltərə - 4:0;

“CAR-2” – Kanada – 0,5:3,5;

Panama – Livan – 2,5:1,5;

Honqkonq – Gürcüstan-2 – 3:1;

Misir – “CAR-3” – 1,5:2,5.

Hazırda turnir cədvəlinə “Türkiyə-Red” komandası 12 xalla başçılıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.