İDMAN


Türkiyə kuboku: “Trabzonspor” və “Antalyaspor” yarımfinala vəsiqə qazanıb

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 13-də futbol üzrə Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin sonuncu cavab qarşılaşmaları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Trabzonspor” səfərdə ikinci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb. Birinci oyunda 5 cavabsız qolla qalib gələn trabzonlular bu dəfə rəqibini 4:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Qaradəniz təmsilçisi yarımfinalda “Fənərbağça” ilə qarşılaşacaq.

Ölkə kubokunun dörddəbir final mərhələsinin son oyunda “Antalyaspor” səfərdə “Sivasspor”un qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Birinci matç qolsuz bərabərliklə yekunlaşdığından “Antalyaspor” səfərdə vurduğu qol hesabına yarımfinala yüksəlib. Antalya təmsilçisi yarımfinalda “Alanyaspor”la qarşılaşacaq.

Türkiyə kubokunun yarımfinal matçları martın əvvəlində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.