SİYASƏT


Türkiyə mediası Azərbaycan Prezidentinin köməkçisinin Ermənistanın Gəncəyə raket zərbəsi endirməsinə dair açıqlamasını yayıb

Ankara, 17 oktyabr, AZƏRTAC

Türkiyənin kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Gəncə şəhərinə növbəti raket hücumları ilə bağlı açıqlamasını geniş şəkildə işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin aparıcı telekanalları Prezidentin köməkçisinin fikirlərini video və yazılı məlumatlarla dünya ictimaiyyətinə çatdırmaqdadır.

İnformasiyalarda bildirilib ki, Ermənistan vandalizm hərəkətləri ilə nasist Almaniyasının fəaliyyətini davam etdirdiyini təsdiqləyir. Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq oktyabrın 17-də Gəncə şəhərinin “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketlərlə hədəfə alıb. Bu təxribatlar nəticəsində 2-si uşaq olmaqla, 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Qeyd edək ki, Türkiyənin aparıcı telekanalları, informasiya agentlikləri və qəzetlər, o cümlədən regionla xəbər portalları və digər media quruluşları fasiləsiz olaraq Azərbaycan həqiqətləri ilə bağlı məlumatları, eləcə də Gəncəyə qarşı xain erməni hücumu barədə xəbərləri paylaşırlar.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.