SİYASƏT


Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır

Ankara, 2 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə xalqa müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Türkiyə mediası dövlətimizin başçısına istinadla “Ermənistan ordusu artıq yoxdur!” ifadəsini mühüm sərlövhə kimi istifadə edib.

AZƏRTAC xəbər verir ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və fasiləsiz təxribatları səbəbindən Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarını fasiləsiz olaraq diqqətdə saxlayan Türkiyə KİV-ləri Azərbaycan həqiqətlərinin dünya və ölkə ictimaiyyətinə çatdırmaqda davam edir. Prezident ilham Əliyevin dekabrın 1-də Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər, çağırış və mesajlar media tərəfindən geniş işıqlandırılmaqla bərabər ekspertlər tərəfindən də geniş təhlil olunmaqdadır.

Qeyd olunur ki, Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivləri açır və bu, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlər mühiti formalaşdırıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.