SİYASƏT
Türkiyə mediası: Azərbaycanın zəfəri “Nə oldu Paşinyan?” ifadəsi ilə yaddaşlara həkk olunub
Ankara, 11 noyabr, AZƏRTAC
Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi Türkiyə kütləvi informasiya vasitələrinin (KİV) ən aktual mövzusu olaraq qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin bu münasibətlə Azərbaycan xalqına müjdəli müraciət edərkən səsləndirdiyi fikirlər KİV-lərin manşet başlıqlarına çevrilib.
Media yazır ki, “Azərbaycanın Dağlıq Qarabağdakı zəfəri Prezident İlham Əliyevin “Nə oldu Paşinyan” sözləri ilə yaddaşlara həkk olunub”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara