SİYASƏT


Türkiyə mediası Ermənistan ordusunun təxribatları ilə bağlı yaranmış hərbi qarşıdurmaya dair xəbərləri fasiləsiz yaymaqdadır

Ankara, 27 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də davamlı olaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi qarşıdurma Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən fasiləsiz olaraq işıqlandırılmaqdadır.

AZƏRTAC xəbər verir ki, Anadolu, İHA, DHA agentlikləri, TRT HABER, TÜRK HABER, A HABER, NTV və s. telekanallar, o cümlədən ölkənin aparıcı qəzetləri və xəbər portalları cəbhə bölgəsindəki vəziyyət barədə türkdilli tamaşaçıları və oxucuları məlumatlandırır.

Prezident İlham Əliyevin hadisə ilə bağlı Azərbaycan xalqına müraciəti, Azərbaycan Təhlükəsizlik Şurasının iclası, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi, Prezident Administrasiyasının və Müdafiə Nazirliyinin rəsmi məlumatları davamlı şəkildə efirlərdən yayılır.

Telekanallar siyasi, hərbi, iqtisadiyyat üzrə görkəmli ekspertlərini vəziyyətlə bağlı fikir və mülahizələrini işıqlandırırlar. Diqqətə çatdırılır ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşir, vətəndaşlar öz torpaqlarını işğaldan azad etmək üçün milli ordunun yanındadır. Azərbaycan Silahlı Qüvvələri vahid komandanlıq əsasında öz təhlükəsizliyini tam təmin etmək qüdrətindədir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.