SİYASƏT


Türkiyə mediası: Ermənistanın ordusu Azərbaycanın dinc əhalisinə qarşı hücumları davam etdirir

Ankara, 14 oktyabr, AZƏRTAC

Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hücumlar həyata keçirməsi nəticəsində yaranmış hərbi gərginlik barədə fasiləsiz olaraq məlumatlar yaymaqdadır.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə KİV-ləri hərbi meydanda rüsvayçı məğlubiyyətlə barışmayan düşmən ordusu azğınlaşaraq Azərbaycanın dinc əhalisini hədəfə alığını qeyd edirlər. Bildirilir ki, düşmən ordusunun oktyabrın 10-da Gəncə şəhərinə ballistik raket atması nəticəsində çoxsaylı insan tələfatı media və ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. Vurğulanıb ki, Azərbaycanın dinc əhalisinin hədəfə alınması ermənilərin türklərə qarşı əsassız düşmənçiliyinin bariz nümunəsidir.

Telekanallarda döyüş bölgələrindən xüsusi reportajlar yayımlanır, ekspert rəyləri təqdim olunur, cəbhə bölgəsindən birbaşa xəbərlər, həmçinin işğalçı ordunun texnika və canlı qüvvəsinin məhvinə dair informasiyalar verilir, videolar paylaşılır. Təcavüzkar tərəfin hərbçilərinin pərakəndə və təşviş içində olmasının əsas səbəbi kimi bu ölkənin işğalçı mahiyyəti göstərilir.

Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, “TRT Habe”r, “Haber Türk”, TGRT, “A Haber”, “Haber Global”, “Büngü TV”, “CNN-Türk” telekanallarının, habelə “Akşam”, “Milliyyət”, “Sabah”, “Yeni çağ”, “Yeni akit” və digər nüfuzlu qəzetlərdə, həmçinin yerli bölgə saytlarında tanış olmaq mümkündür.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.