SİYASƏT


Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əlliyə yaxın sualını cavablandırıb

Ankara, 28 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, mətbuat türkdilli ictimaiyyətə bununla bağlı məlumat çatdırıb. Bildirilib ki, dörd saatdan çox davam edən mətbuat konfransında 35 media mənsubunun 50-yə yaxın sualını cavablandıran Prezident İlham Əliyev Xocalı soyqırımı, Qarabağ müharibəsi, Ermənistandakı vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri kimi mühüm məsələlərə aydınlıq gətirib.

Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, “A Haber”, NTV telekanalları, “Yeni şafak”, “Hurriyet”, “Posta”, “Milliyet” və digər qəzetlərdə yer alan informasiyalar videomaterial və orijinal fotolarla təqdim olunub.

Məlumatlar “Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Əliyevdən ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama!”, “Azərbaycan Prezidenti İlham Əliyev: Türk ordusu bizim üçün ən məqbul modeldir”, “Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, “Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və sair sərlövhələrlə yayılıb. 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.