SİYASƏT


Türkiyə mediası Prezident İlham Əliyevin Ağdam şəhərinə səfərini geniş işıqlandırıb

Ankara, 24 noyabr, AZƏRTAC

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlaması, dağıdılıb viran qoyulan məscidə müsəlman qaydalarına tam əməl edərək daxil olması, dövlətimizin başçısının üçrəngli bayrağımıza ehtiramı və digər mühüm məqamlar qardaş ölkə KİV-lərinin diqqətindən yayınmayıb. Bütün bu qürurverici görüntülər video və fotolarla Türkiyə ictimaiyyətinə çatdırılmaqdadır. Prezident İlham Əliyevin dərin məzmunlu nitqindəki xüsusi mesajlar da media tərəfindən diqqətlə izlənilib.

Qeyd edək ki, Türkiyə kütləvi informasiya vasitələri erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılan Ağdam rayonu barədə geniş materiallar yaymaqdadır. Mətbuat haqlı olaraq Ağdamı Xirosima ilə müqayisə edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.