SİYASƏT


Türkiyə mediası Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfərini geniş işıqlandırıb

Ankara, 28 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “Haber global”, “TRT Haber”, “TRT Avaz” telekanalları, “Sabah”, STAR və digər qəzetləri Prezident İlham Əliyevin Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirakı, buradakı hərbi arsenal, o cümlədən avtomobil və avadanlıqlarla tanış olması, hərbi qulluqçular ilə görüşü və çıxışı, bölgədə yeni təməlqoyma mərasimlərində iştirakı, bərpa işləri ilə tanışlığı, vətəndaşlarla söhbəti və səfərin digər mühüm məqamları barədə materialları video və fotoların müşayiəti ilə təqdim ediblər.

Bir sıra materiallarda AZƏRTAC-ın fotolarından da istifadə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.