SİYASƏT


Türkiyə mediası Prezident İlham Əliyevin fəaliyyətinin işıqlandırılmasına geniş yer ayırır

Ankara, 16 oktyabr, AZƏRTAC

Türkiyə kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin fəaliyyətinin işıqlandırılmasına geniş yer ayırır. Dövlətimizin başçısının müsahibələri, eləcə də ordumuzun rəşadəti barədə fikirləri, Ali Baş Komandanımızın cəbhədəki qələbələrə dair paylaşdığı yeni məlumatlar bir an içərisində Türkiyə KİV-lərinin ana xəbəri kimi qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin işğalçı Ermənistan rəhbərliyinə və dünya ictimaiyyətinə ünvanlandığı mesajlar Türkiyə mediası və ictimaiyyəti tərəfindən sonsuz maraqla qarşılanır.

Mətbuat, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və davamlı olaraq ölkəmizə qarşı hücumlar həyata keçirməsi nəticəsində yaranmış hərbi gərginlik, düşmən ordusunun dinc azərbaycanlı əhaliyə qarşı namərd hücumları barədə xəbərləri geniş işıqlandırır. Azərbaycan Müdafiə Nazirliyinin döyüş bölgəsindən yaydığı videomateriallar telekanallarda və xəbər saytları tərəfindən yayımlanır.

Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, Bengü TV, CNN türk telekanallarının, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Yeni çağ”, “Yeni akit” və s. nüfuzlu qəzetlərin, həmçinin yerli bölgə saytlarında tanış olmaq mümkündür.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.