QAN YADDAŞI


Türkiyə mediasında AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsinə həsr olunmuş məqaləsi dərc edilib

İstanbul, 21 yanvar, AZƏRTAC

AZƏRTAC-ın Türkiyə bürosunun İstanbul üzrə xüsusi müxbiri Günel Məlikovanın Türkiyənin “Öncə Vətən” qəzetində və “Can Azərbaycan” portalında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “1990-cı il 20 Yanvar faciəsindən 30 il keçdi” sərlövhəli məqaləsi və “Ağla qərənfil ağla” şeiri dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi, 20 Yanvar gecəsi baş verənlərlə bağlı xatirələr, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciənin dünyaya çatdırılması, hüquqi qiymət verilməsi və 20 Yanvar şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlər və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında fikirlər yer alır.

https://www.oncevatan.com.tr/images/upload/e-gazete/2020/01/20/8_.jpg 

http://www.canazerbaycanmedya.com/mobil.php?islem=yazarlarimiz&altislem=detay&id=53 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.