DÜNYA


Türkiyə məhkəməsi saxlanılan İŞİD terrorçuları barədə həbs qərarı verib

Ankara, 5 yanvar, AZƏRTAC

Türkiyə məhkəməsi təhlükəsizlik qüvvələri tərəfindən Bursa şəhərində saxlanılan İŞİD terrorçu qruplaşmasının üzvlərinin həbsi barədə qərar verib.

AZƏRTAC xəbər verir ki, saxlanılan 12 nəfərdən altı suriyalı öz ölkəsinə deportasiya olunub. Saxlanılanlardan ikisi Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan təhlükəli terrorçu qadındır. Terrorçu qadınlar və onlara köməklik göstərən digər iki nəfər həbs olunub. Terrorçu qadınların biri Suriya, digəri Əlcəzair əsilli olmaqla hər ikisi Fransa vətəndaşıdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.