DÜNYA


Türkiyə məktəblərində yeni tədris ilinə distant üsulla başlanılacaq

Ankara, 12 avqust, AZƏRTAC

Türkiyədə 2020-2021-ci tədris ili yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən distant üsulla başlanacaq. Bu üsulla tədris prosesinə avqustun 31-də start veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin tövsiyəsi əsasında qəbul olunub. Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk məlumatında bildirib ki, normal tədris prosesinin sentyabrın 21-də başlanması planlaşdırılır. Koronavirusla bağlı ölkədəki vəziyyət və bunun məktəblərə təsiri sentyabrda yenidən dəyərləndiriləcək.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına gündəlik aşkarlanan yoluxma sayı 1200 nəfərə yaxındır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.