SİYASƏT


Türkiyə mətbuatında Bakı Bəyannaməsinin strateji əhəmiyyətindən bəhs edilib

Bakı, 31 iyul, AZƏRTAC

Türkiyənin “haberturk.com” portalında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsinin strateji əhəmiyyətindən bəhs edilən açıqlama dərc olunub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva portala verdiyi açıqlamasında bu sənədin hər üç ölkənin təhlükəsizliyinin və rifahının təmin edilməsində əhəmiyyətindən danışıb. Hər üç ölkənin bölgədəki sülh, sabitlik və inkişaf prosesində önəmli rol oynadığını diqqətə çatdıran deputat bildirib ki, Bakı Bəyannaməsini imzalamaqla üç qardaş ölkə müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini, qarşılıqlı hörmətlərini bir daha təsdiq etmiş olublar: “Bu sənəd eyni zamanda ölkələrimiz arasında əlaqələrin inkişafına da töhfə verəcək. Burada söhbət parlamentar dialoq və əməkdaşlığın gücləndirilməsindən gedir. Bakı Bəyannaməsi tərəflərin beynəlxalq platformalarda da birlikdə hərəkət etməsini təmin edəcək. Beynəlxalq platformalarda bir-birini dəstəkləmək olduqca vacibdir. Bakı Bəyannaməsi bu istiqamətdə bütün mövqelərin daha da möhkəmlənməsini təmin edəcək. Eyni zamanda, tərəflər qardaş xalqları daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərarası dialoq və əməkdaşlığı inkişaf etdirməkdə qərarlıdır”.

Azərbaycanlı deputat açıqlamasında vurğulayıb ki, yeni mərhələdə mövcud əlaqələri genişləndirmək və daimi komitələrin, dostluq qruplarının, parlamentlərin işçi heyətlərinin əlaqələrinin təşviqi daha da gücləndiriləcək. Ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmlənməsi həm də beynəlxalq problemlərin həllində parlamentlər arasında əlaqələrin rolunu artırır. Əsas məqsədlərdən biri konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma təqdim etmək, parlament strukturlarında üç qardaş ölkə olaraq ortaq mövqe sərgiləməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.