İDMAN


Türkiyə millisi İrəvanda Ermənistan yığmasına qalib gəlib VİDEO

Türkiyə millisi İrəvanda Ermənistan yığmasına qalib gəlib VİDEO

Bakı, 25 mart, AZƏRTAC

Futbol üzrə Türkiyə millisi “Avro-2024”ün seçmə mərhələsinə qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisi İrəvandakı Respublika Stadionunda Ermənistan yığmasının qonağı olub.

İspaniyalı baş hakim Xose Maria Sançesin idarə etdiyi oyunda hesab avtoqolla açılıb. Belə ki, 10-cu dəqiqədə türk futbolçu Ozan Kabak topu öz qapısından keçirib. Qarılaşmanın 35-ci dəqiqəsində Orkun Kökçü hesabı bərabərləşdirib. Matçın birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissəyə Türkiyə millisi daha fəal başlayıb. Matçın 64-cü dəqiqəsində türk yarımmüdafiəçi Kerem Aktürkoğlu hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Türkiyə millisi Ermənistan yığmasını 2:1 hesabı ilə məğlub edib.

Türkiyə millisi növbəti oyununu martın 28-də doğma meydanda Xorvatiya seçməsinə qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.