İDMAN
Türkiyə millisi yoldaşlıq görüşündə Avstriya yığmasını məğlub edib VİDEO
Vyana, 30 mart, AZƏRTAC
“Avro-2016” futbol üzrə Avropa çempionatına hazırlıq çərçivəsində Türkiyə millisi martın 29-da Vyanada Avstriya yığması ilə yoxlama oyunu keçirib.
Hesabı 22-ci dəqiqədə Avstriya millisinin hücumçusu Zlatko Yunuzoviç açıb. Oyunun ilk hissəsinin sonuna yaxın türk hücumçu Hakan Çalhanoğlu cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib: 1:1.
Polşalı hakimlər briqadasının idarə etdiyi oyunun ikinci hissəsi başlayan kimi Türkiyə yığması təşəbbüsü ələ alıb. Oyunun 56-cı dəqiqəsində avstriyalı qapıçının buraxdığı səhvdən istifadə edən Arda Turan komandasını hesabda irəli çıxarıb: 2:1.
Fatih Terimin yetirmələri ikinci hissədə üstünlüyü əldən verməyib və oyunu qələbə ilə başa vurub.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]