İDMAN


Türkiyə millisinin Rusiya, Bosniya və Herseqovina ilə oyunlar üçün heyəti açıqlanıb

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Türkiyə yığmasının UEFA Millətlər Liqasında Rusiya və Bosniya və Herseqovinaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Mirça Luçesku 28 futbolçuya dəvət göndərib.

Heyətdə qapıçılar - Gökhan Akkan (“Çaykur Rizespor”, Türkiyə), Serkan Kırıntılı (“Konyaspor”, Türkiyə), Sinan Bolat (“Antverpen”, Belçika), müdafiəçilər - Gökhan Gönül (“Beşiktaş”, Türkiyə), Mehmet Zeki Çelik (“Lill”, Fransa), Şener Özbayraklı (“Fənərbağça”, Türkiyə), Çağlar Söyüncü (“Lester”, İngiltərə), Ertuğrul Ersoy (“Bursaspor”, Türkiyə), Kaan Ayhan (“Fortuna Düsseldorf”, Almaniya), Mert Müldür (“Rapid Vyana”, Avstriya), Serdar Aziz (“Qalatasaray”, Türkiyə), Hasan Ali Kaldırım (“Fənərbağça”, Türkiyə), Ömer Bayram (“Akhisarspor”, Türkiyə), yarımmüdafiəçilər - Cengiz Ünder (“Roma”, İtaliya), Yusuf Yazıcı (“Trabzonspor”, Türkiyə), Serdar Gürler (“Hueska”, İspaniya), Abdülkadir Ömür (“Trabzonspor”, Türkiyə), Emre Akbaba (“Qalatasaray”, Türkiyə), Oğuzhan Özyakup (“Beşiktaş”, Türkiyə), Mahmut Tekdemir (“Başakşehir”, Türkiyə), Mehmet Topal (“Fənərbağça”, Türkiyə), Okay Yokuşlu (“Selta”, İspaniya), Tarkan Serbest (“Kasımpaşa”, Türkiyə), Berkay Özcan (“Ştuttgart”, Almaniya), Hakan Çalhanoğlu (“Milan”, İtaliya), Yunus Mallı (“Volfsburq”, Almaniya), hücumçular - Cenk Tosun (“Everton”, İngiltərə) və Enes Ünal (“Valyadolid”, İspaniya) yer alıblar.

Qeyd edək ki, Türkiyə millisi oktyabrın 11-də Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu keçirəcək. Oktyabrın 14-də isə Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Soçidəki “Fişt Arena”da Rusiya seçməsi ilə qarşılaşacaq. İlk turda Türkiyə millisi Rusiya seçməsinə məğlub olub – 1:2. İkinci turda isə İsveç yığmasını 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.