İDMAN


Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) rumıniyalı mütəxəssisin müqaviləsini ləğv edib. Sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Anlaşmaya görə, 74 yaşlı baş məşqçi TFF-dən 4 aylıq maaşını alacaq.

Qeyd edək ki, Mirça Luçesku 2017-ci ilin yayından yığmaya rəhbərlik edib. Luçeskunu bu postda “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin əvəzləyəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.