İDMAN


Türkiyə millisinin futbolçusu Zeki Çelik “Roma” ilə dördillik müqavilə imzalayıb

Bakı, 5 iyul, AZƏRTAC

Türkiyə millisinin futbolçusu Zeki Çelik “Lill” klubundan “Roma”ya transfer olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi beş yaşlı müdafiəçi ilə dördillik müqavilə imzalanıb. Futbolçu İtaliya A seriyası təmsilçisində 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Çelik 2018-ci ildən Fransa klubunda oynayırdı. O, bu müddət ərzində 150 matça çıxıb və ötən il komandası ilə Fransa çempionluğunu qazanıb. Futbolçu Türkiyə millisinin heyətində 32 görüşdə meydanda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.