DÜNYA


Türkiyə müdafiə sənayesinin ilk silahlı insansız dəniz vasitəsi suya endirilib VİDEO

İstanbul, 12 fevral, AZƏRTAC

Türkiyənin müdafiə sənayesinin “ULAQ” seriyasının ilk silahlı insansız dəniz vasitəsi suya endirilib.

AZƏRTAC xəbər verir ki, gəmi Türkiyənin müdafiə sənayesinin “ARES” gəmiqayırma və “Meteksan” şirkətlərinin bir neçə ildir davam edən əməkdaşlığı ilə hazırlanıb.

Hazırda təcrübə mərhələsindən keçirilən bu dəniz müdafiə vasitəsi kəşfiyyat, nəzarət, suüstü və asimmetrik qarşıdurmalar, silahlı müşayiət, eləcə də strateji obyekt təhlükəsizliyinin təmini kimi tapşırıqları yerinə yetirmək üçün quru səyyar nəqliyyat vasitələri, qərargah komandirliyi və ya üzən platformalardan idarə oluna biləcək.

Qeyd edək ki, “ULAQ” seriyası Türkiyənin milli raket sistemləri istehsalçısı ROKETSAN-ın ən yeni lazer texnologiyaları ilə təchiz edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.