SİYASƏT


Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib

Ankara, 15 iyul, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasda Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılovadan ibarət parlament heyəti təmsil edib.

Əvvəlcə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun çıxışı dinlənilib. FETÖ terror təşkilatının hərbi yolla həyata keçirdiyi çevriliş cəhdini xalqa və dövlətə qarşı xəyanət kimi dəyərləndirən TBMM-in Sədri əminliklə deyib ki, Türkiyə xalqı bundan sonra da dövlətini qorumaq və inkişaf etdirmək üçün öz həmrəyliyini saxlayacaqdır.

Sonra parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Azərbaycan heyəti Prezidentin Administrasiyasında keçirilən anım tədbirində, oradakı məsciddə şəhidlərə dua oxunuşunda, FETÖ-nün dövlət çevrilişinin acı nəticələrini əks etdirən Türkiyə parlamentində təşkil olunan fotoqalereyaya baxışda, həmçinin 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdi zamanı bombalanaraq dağıdılan Ankara Polis İdarəsinin yeni binasının açılışında iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Ankara Polis İdarəsinin yeni binasının açılışında çıxış edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.