DÜNYA
Türkiyə parlamentinin doqquz deputatı koronavirus infeksiyasına yoluxub
Ankara, 6 avqust, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisində (TBMM) çalışan işçilərdən 35-i və 9 deputat yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AZƏRTAC TRT HABER televiziya kanalına istinadla xəbər verir ki, bu barədə TBMM-nin sədri Mustafa Şentop məlumat verib. Parlament sədrinin sözlərinə görə, infeksiyaya yoluxan deputatlardan dördü evdə müalicə olunur.
Qeyd edək ki, son iki gündə Türkiyədə gündəlik koronavirus yoluxmasında aşkar edilən sayda orta hesabla gündəlik yüzə yaxın artım müşahidə olunmaqdadır. Ekspertlər hesab edir ki, yenidən müəyyən məhdudiyyətlər olmasa yoluxma sayındakı artım davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]