DÜNYA


Türkiyə qanunlarına müdaxiləyə cəhd göstərmək istəyən səfirlər səhvlərini etiraf ediblər

Ankara, 25 oktyabr, AZƏRTAC

Türkiyənin məhkəmə qərarlarına müdaxiləyə cəhd göstərən səfirlər səhvlərini etiraf ediblər

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyinin tviter sosial şəbəkə hesabında etdiyi paylaşımda yazılıb: “ABŞ 18 oktyabr tarixli açıqlama ilə əlaqədar bəzi problemlərin nizama salınmasına dair diplomatik əlaqələr haqqında Vyana Anlaşmasının 41-ci maddəsinə riayət etməyi uyğun bilir”.

Osman Kavalanın həbsdən buraxılmasına edilən çağırışı imzalayan Kanada, Finlandiya, Danimarka, Niderland, Yeni Zelandiya, Norveç və İsveçin Türkiyədəki səfirləri də ABŞ səfirinin tviter sosial şəbəkə hesabındakı açıqlamanı paylaşıblar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osman Kvalanın buraxılmasına çağırış edən on dövlətin səfirlərinin hərəkətlərinə kəskin etirazını bildirib.

Osman Kavala 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirak ittihamı ilə həbs olunub.

Diplomatik əlaqələr haqqında Vyana Anlaşmasının 41-ci maddəsi diplomatlardan fəaliyyət göstərdiyi ölkənin qanunlarına və qərarlarına hörmət göstərməyi tələb edir.

Ən son rəsmi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və digər səfirliklərin sözügedən açıqlamasını müsbət qarşılayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.