DÜNYA


Türkiyə rəsmisi: Qlobal münaqişələrin 60 faizi müsəlman ölkələrində baş verir

Bakı, 9 fevral, AZƏRTAC

Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatının Statistika, İqtisadiyyat və Sosial Araşdırmalar Mərkəzinin (SESRIC) seminarında çıxış edən Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, hazırda qlobal münaqişələrin 60 faizi müsəlman ölkələrində baş verir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İ.Kalın əlavə edib: “Biz bu statistikadan nəticə çıxarmalıyıq. Silahlı münaqişələrin əksəriyyətinin müsəlman ölkələrində baş verməsinin əsas səbəbi dövlətlər arasında birliyin olmamasıdır. İslam dünyasını bölmək üçün planlar və sxemlər hazırlanıb. Müsəlmanlar mövcud problemləri bir-birinin üzərinə atmaqdansa, onları birlikdə həll etməlidir”.

Müsəlman ölkələrinin bir çoxunun varlı olduğunu diqqətə çatdıran Türkiyə rəsmisi diqqətə çatdırıb ki, ən zəngin təbii sərvətlər və gənc işçi qüvvəsi məhz bu dövlətlərdədir. Onun sözlərinə görə, hökumətlərin qarşısında duran əsas vəzifə insan resurslarından səmərəli istifadə etməkdir. İ.Kalın əlavə edib ki, dövlətlərin gəlirləri ədalətli bölməsi, müasir texnologiyaların inkişafına sərmayə qoyması da mühüm amillərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.