DÜNYA


Türkiyə sahillərində 4.2 bal gücündə zəlzələ qeydə alınıb

Ankara, 22 iyul, AZƏRTAC

İyulun 22-də Ankara vaxtı ilə saat 04:20-də (Bakı vaxtı ilə saat 05:20) Egey dənizinin Türkiyə sahillərində Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın episentri İzmir vilayətinin Karaburun rayonundan 40.9 kilometr aralıda qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Məlumatda bildirilir ki, yeraltı təkanın episentri 7.06 kilometr dərinlikdə qeydə alınıb. Qeyd olunur ki, bundan təxminən yarım saat əvvəl eyni seysmoloji rayonda 4 bal gücündə daha bir zəlzələ baş vermişdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.