DÜNYA


Türkiyə seçicisi Prezident Rəcəb Tayyib Ərdoğana və AKP-yə etimad göstərdi

İstanbul, 25 iyun, AZƏRTAC

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən məlumat verib. ASK-nin sədri bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.

Seçicilərin 52.6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib. Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı birinci yeri qazanıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-nü Ədalət və İnkişaf Partiyası qazanıb. Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 45-i isə İYİ Partiyanın payına düşüb.

Parlamentdəki yer bölgüsü deməyə əsas verir ki, Cümhur İttifaqında birləşən AKP və MHP yeni hökumətin qurulmasında vaxt itkisinə yol verməyəcəklər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.